BMTBETİ-nin direktoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun təqdimatı ilə onlayn təlim keçilib.
Kənd Təsərrüfatı Nazirliyi Elm, təhsil və insan resursları şöbəsinin təşkilatçılığı ilə keçirilən təlimə 50-dən çox DAİM əməkdaşı və fermer qoşulub.
“Fitosanitar vəziyyətin öyrənilməsi üsulları” mövzusunda keçilən təlimdə müvafiq olaraq iştirakçıları fitosanitar nəzarət qaydaları, fitosanitar normaları, fitosanitar tədbirlər, monitorinqlər və s. barədə ətraflı məlumat verilib.
Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

