İNSTİTUTUN ƏMƏKDAŞLARINDAN İBARƏT DİGƏR BİR QRUP QARABAĞA SƏFƏR EDİB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun rəhbərliyinin təşəbbüsü və Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə institut əməkdaşlarının Azərbaycanın azad edilmiş ərazilərinə – Qarabağa növbəti səfəri baş tutmuşdur.

Səfərin ilk mərhələsində institut kollektivinin bir hissəsi Şuşa, Xocalı və Ağdam şəhərlərini ziyarət etmiş, işğaldan azad olunmuş torpaqlarda aparılan bərpa və quruculuq işləri ilə yerində tanış olmuşdular.

Bu təşəbbüsün davamı olaraq, institutun digər əməkdaşlarından ibarət yeni bir qrup da iyul ayında Qarabağa – Şuşa, Ağdam və Xocalı istiqamətinə səfər etmişdir. Səfər çərçivəsində Cıdır düzü, Vaqifin məqbərəsi, Natəvanın sarayı, Qarabağ İmamzadəsi və Ağdam Cümə Məscidi ziyarət olunmuş, ərazilərdə aparılan yenidənqurma işlərinə yerində baxış keçirilmişdir.

Bu ziyarət institut əməkdaşlarının vətəndaşlıq ruhunun, tarixi yaddaşın gücləndirilməsi, Qarabağ həqiqətlərinin yerində öyrənilməsi və işğaldan azad olunmuş ərazilərlə mənəvi bağların qurulması baxımından əhəmiyyətli olmuşdur.

Paylaş: