KƏND TƏSƏRRÜFATI İŞÇİLƏRİ GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

1 noyabr – Kənd Təsərrüfatı İşçilərinin Peşə Bayramı günü münasibətilə ulu öndər Heydər Əliyevin Gəncənin Baş meydanındakı abidəsi ziyarət olunub.

Mərasimdə, Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun (BMTBETİ) direktoru professor İbrahim Cəfərov, 38 saylı Dairə Seçki Komissiyasının sədri Zakir Hüseynov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları və institutun kollektivi iştirak ediblər. Tədbir iştirakçıları Ümummilli liderin abidəsi önünə gül dəstələri düzüb, ruhunu ehtiramla yad ediblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci ildə imzaladığı Fərman əsasında hər il noyabrın 1-i Azərbaycanda Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur.

Daha sonra Bitki Mühafizə və Texniki Bitkilər ETİ-də 1 noyabr – Kənd Təsərrüfatı İşçiləri Gününə həsr olunmuş təntənəli yığıncaq keçirilib. Yığıncaqda çıxış edən institutun direktoru İbrahim Cəfərov bu əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edib.
İbrahim Cəfərov Azərbaycanın böyük əkinçilik ənənələrinə malik ölkələrdən biri olmasından söz açıb. Bildirib ki, Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu aqrar siyasət nəticəsində kənd təsərrüfatı ölkə iqtisadiyyatında xüsusi yer tutur. Direktor, qeyd edib ki, təsadüfi deyil ki, kənd təsərrüfatı bölgələrdə ən çox iş yerləri yaradılan, kənd sakinləri üçün ən böyük gəlir və məşğuliyyət mənbəyi olan sahəyə çevrilibdir. Dövlətin aqrar sahənin inkişafına verdiyi dəstək insanların kənd təsərrüfatına marağını daha da artırır, bu sahədə çalışanların sayı ildən-ilə çoxalır. Artıq bu sahədə çalışan vətəndaşlar ölkədə innovasiyaların tətbiqinə meyilli, müasir becərmə üsullarına bələd olan aqrar inkişafın aparıcı qüvvəsi sayılırlar.

Tədbirin sonunda institutun əmək fəaliyyətində fərqlənmiş bir qrup əməkdaşına təşəkkürnamə təqdim olunub.

Paylaş: