KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNİN RƏSMİLƏRİ BİTKİ MÜHAFİZƏ VƏ TEXNİKİ BİTKİLƏR ETİ-DƏ OLUBLAR » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İmran Cümşüdov, Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Sərdar Hacıyev, AR Elm və Təhsil Nazirliyi Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, Əlövsət Quliyev Bitki Mühafizə və Texniki Bitkilər ETİ-də olublar.

Əvvəlcə İnstitutun direktoru İbrahim Cəfərov institutun maddi-texniki bazası, nailiyyətləri, elmi-tədqiqat işlərinin icra vəziyyəti, kadr potensialının gücləndirilməsi haqqında qonaqlara ətraflı məlumat verib. Direktor bildirib ki, aparılan tədqiqatlar, mövzu seçimləri günün tələblərinə uyğun olaraq seçilib və tədqiqatçılarımız bu mövzulara uyğun olaraq təyin olunmuş bölgələrdə tədqiqat işlərini aparırlar. Eyni zamanda qeyd edib ki,  artıq 2 ilə yaxın müddətdir ki, kadr potensialının gücləndirilməsi məqsədilə institutda müxtəlif təlimlər, mütəmadi olaraq ingilis dili kursları təşkil olunub.

AXA sədri Sərdar Hacıyev AXA ilə institut arasında birlikdə görüləcək işlər, qarşıya qoyulan əsas hədəflər barədə məlumat verib. Bildirib ki, sahələrdə bitki mühafizəsi tədbirləri vaxtında və keyfiyyətlə həyata keçirilməli, bu sahədə mütəxəssislərin peşəkarlıq səviyyəsi yüksəldilməli, fermerlərin  bilik və bacarıqlarının artırılması məqsədilə maarifləndirici tədbirlər aparılmalıdır.

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, Əlövsət Quliyev iki institut arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və əməkdaşlıq çərçivəsində gənc kadrlara göstəriləcək dəstək barədə söz açıb.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İmran Cümşüdov bitki mühafizəsinin ölkədə əhəmiyyətindən  və hal-hazırda bu sahədə qarşıda duran vəzifələr barədə məlumat verib. Qeyd edib ki, uyğun elmi tədqiqat institutları ilə aktiv şəkildə əməkdaşlığı inkişaf etdirmək, birgə elmi-tədqiqat işləri aparmaq daha da məqsədə uyğundur. Həmçinin özəl sektor arasında əməkdaşlıq işləri genişləndirilməlidir.

Paylaş: