MEYVƏ BAĞLARINDA ZƏRƏRVERİCİ ORQANİZMLƏRƏ QARŞI MÜBARİZƏNİN TƏŞKİLİ” MÖVZUSUNDA ELMI-PRAKTİK SEMİNAR KEÇİRİLİB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun təşəbbüsü və təşkilatçılığı ilə  Samux rayonunda “Meyvə bağlarında zərərverici orqanizmlərə qarşı mübarizənin təşkili” mövzusunda elmi-praktik seminar keçirilib.

Samux DAİM-də təşkil olunmuş seminarda BMTBETİ-nin direktoru İbrahim Cəfərov, Samux rayon  DAİM və Bitki Mühafizə və Fumiqasiya Mərkəzinin rəhbərləri, aqrar sahədə fəaliyyət göstərən mütəxəssislər və fermerlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan institutun direktoru İbrahim Cəfərov bildirib ki, Azərbaycanın iqlim şəraiti məhsuldarlıq üçün münbit şərait yaratdığı üçün ixrac potensialının yüksəkliyinə görə meyvəçilik aqrar sahənin əsas istiqamətlərindən sayılır. Kənd təsərrüfatında aqrar sektorun daha yüksək inkişafa, məhsuldarlığı artırmağa nail olmaq üçün Dövlət proqramlarında konkret hədəflər müəyyən edilib və bu hədəflərə çatmaq üçün həyata keçirilən mühüm məqsədyönlü tədbirlər aqrar sahənin dinamik və dayanıqlı inkişafını təmin edir. Ölkə ərazisində çoxsahəli meyvəçilik təsərrüfatının inkişafı üçün geniş imkanlar vardır. Lakin bu imkanlarla yanaşı bitki mühafizə qaydalarına düzgün əməl etməklə əkin sahələrindən daha keyfiyyətli və yüksək məhsul əldə etmək və gəlir səviyyəsini yüksəltmək mümkündür. Ona görə də fermerlərin də üzərinə məsuliyyət düşür, Məhz bu baxımda Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun üzərinə də böyük məsuliyyət düşür.

Seminarda Samux DAİM-in direktoru Səttar Hacıyev rayon ərazisində meyvə bağlarındakı mövcud vəziyyət və qarşıda duran vəzifələr haqqında söz açıb.

BMTBETİ-nin şöbə müdiri Gülcamal Ələsgərova “Meyvə bağlarında zərərverici orqanizmlərə qarşı mübarizənin təşkili” mövzusundə təqdimatla çıxış edərək meyvə bağlarında mövcud problemlər və onların həlli yolları, meyvə bitkilərinin xəstəlik və zərərvericiləri, onlara qarşı mübarizə, aqrotexniki tədbirlərin təqvimi haqqında geniş məlumat verib.

Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb, onları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb və müvafiq qaydada cavablandırılıb.

Sonda seminar iştirakçılarına bukletlər, lazımi informasiya materialları paylanılıb.

Paylaş: