“MÜSTƏQİLLİK DÖNƏMİ VƏ HEYDƏR ƏLİYEV” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLİB. » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

18 avqust 2023-cü il tarixində Bitki Mühafizə və Texniki Bitkilər ETİ-də -“Müstəqillik dönəmi və Heydər Əliyev” mövzusunda dəyirmi masa keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə, Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının müavini Adil Tağıyev, Azərbaycan Texnologiya Universitetinin Tədris işləri üzrə prorektoru Raqif Hüseynov, Azərbaycan Texnologiya Universitetinin Strateji inkişaf və rəqəmsallaşdırma üzrə rektor müşaviri Mehman Kərimov, Azərbaycan Texnologiya Universitetinin Qida mühəndisliyi fakültəsinin dekanı Mehman İsmayılov, AMEA-nın Gəncə Bölməsinin elmi katibi Elnur Həsənov, Azərbaycan Dövlət Aqrar Universitetinin baş müəllimi Şəfa Musayeva, Gənc iş adamı Ramin Məmmədov, BMTBETİ-nin əməkdaşı Nigar Qədimova çıxış ediblər.

Tədbiri giriş sözü ilə institutun direktoru AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açaraq Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı tarixi xidmətlərindən, gənclərə daima göstərdiyi diqqətin Azərbaycanın müasir tarixinin formalaşmasında həlledici rolundan bəhs edib.

Daha sonara  çıxış edən tədbir iştirakçıları Heydər Əliyevin ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi yolunda atdığı tarixi addımlardan bəhs etmişlər. Qeyd olunmuşdur ki, Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 15 iyun “Milli Qurtuluş Günü” H.Əliyevin müstəqilliyimizə və inkişafımıza verdiyi tarixi töhvələrin başlanğıcıdır. 20 sentyabr 1994-cü ildə “Əsrin müqaviləsi” nin bağlanılması ilə ölkə iqtisadiyyatının inkişafa başlaması, ordu quruculuğu üçün atılan addımlar, ölkənin beynəlxalq arenalarda ləyaqətlə təmsil olunması ümumilli liderin tarixi xidmətləri kimi dəyərləndirilmişdir.

Paylaş: