NAZİR MƏCNUN MƏMMƏDOV BİTKİ MÜHAFİZƏ VƏ TEXNİKİ BİTKİLƏR ETİ-NİN FƏALIYYƏTİ İLƏ TANIŞ OLUB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Gəncə və Göygöldə fəaliyyət göstərən elmi-tədqiqat institutlarının fəaliyyəti ilə tanış olub.

Nazir bölgəyə səfər çərçivəsində Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutuna baş çəkib, institutun fəaliyyəti ilə maraqlanıb, əməkdaşlarla görüşüb.

Görüşlərdə institutların elmi-tədqiqat istiqamətləri, elmi-tədqiqat işlərinin icra vəziyyəti, institutların maddi-texniki bazasının təkmilləşdirilməsi, laboratoriyaların fəaliyyəti barədə fikir mübadiləsi aparılıb, tədqiqatların nəticələrinin təcrübədə tətbiqi məsələləri müzakirə olunub.

Qeyd edilib ki, institutlarda aparılan tədqiqatlar, mövzu seçimləri aqrar sahədə dünyada mövcud olan trendlərə uyğun olmalı, institutlar öz elmi fəaliyyətlərini günün tələblərinə uyğun qurmalı, elmi müəssisələrlə özəl sektor arasında əməkdaşlıq genişləndirilməlidir.

Paylaş: