PAKİSTAN NÜMAYƏNDƏSİ BMTBETİ-DƏ OLUB. » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Kənd Təsərrüfatı və Nüvə Biologiyası İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru, professor Məhəmməd Akhtar Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda olub.

Görüş zamanı Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə birgə icra olunmuş layihə çərçivəsində əldə edilmiş nəticələr müzakirə edilib. Professor M. Akhtar layihə üzrə toplanmış təcrübənin tətbiqi, elmi nəticələrin praktikaya inteqrasiyası və gələcək əməkdaşlıq imkanları barədə tövsiyələrini bölüşüb.

Daha sonra professor M. Akhtar Azərbaycanda pambıqçılıq üzrə təlimatlardan istifadə, mütəxəssislərə təlimlərin keçirilməsi və İqlim Ağıllı Kənd Təsərrüfatı (CSA) təcrübələrinin tətbiqi mövzusunda təqdimatla çıxış edib. Təqdimatda qida maddələri və su resurslarının idarə olunması üçün davamlı pambıq istehsalı texnologiyaları, eləcə də gübrə istifadəsinin səmərəliliyinin öyrənilməsi məqsədilə N-15 gübrəsinin tətbiqi məsələləri müzakirə olunub.

Görüşün sonunda tərəflər gələcəkdə elmi-texniki əməkdaşlığın davam etdirilməsi, mütəxəssislər arasında təcrübə mübadiləsinin aparılması və birgə tədqiqat fəaliyyətlərinin genişləndirilməsi istiqamətində qarşılıqlı maraqlarını ifadə ediblər.

Paylaş: