Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun “Bitki xəstəlikləri və onların idarə edilməsi” adlı növbəti kitabı işıq üzü görüb.
Bitki xəstəlikləri üzrə diqqətinizə təqdim edilən bu vəsait ölkənin aqrar sektorunda becərilən kənd təsərrüfatı bitkilərinin müxtəlif xəstəlikləri, onların yayılması, zərəri, xəstəlik törədicilərin bioloji inkişaf xüsusiyyətləri, xəstəliklərin inkişafına təsir edən ekoloji amillər, qlobal iqlim dəyişkənliyi şəraitində müxtəlif bitki sortlarının şoranlığa, quraqlığa və digər stres amillərinə davalılığından bəhs edilir. Vəsaitdə verilən hər bir xəstəlik onun törədicisindən asılı olmayaraq vahid sxemlə verilir, xəstəliklərin idarəə edilməsi yolları göstərilir. Bu gün biomüxtəlifliyi qorumaq, ekoloji tarazlığa nail olmaq, mövcud balansı saxlamaq naminə xəstəliklər və onların törədiciləri idarə edilməlidir.