“QIŞA KEÇİD DÖVRÜNDƏ FERMERLƏRİN QAYĞILARI, MÜXTƏLİF TƏYİNATLI ƏKİNLƏRDƏ GÖRÜLƏCƏK TƏDBİRLƏR KOMPLEKSİ” MÖVZUSUNDA ELMİ-PRAKTİK SEMİNAR KEÇİRİLİB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər ETİ-də Ulu Öndər  Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qışa keçid dövründə fermerlərin qayğıları, müxtəlif təyinatlı əkinlərdə görüləcək tədbirlər kompleksi ” mövzusunda elmi-praktik konfrans keçirilib.

Tədbirdə  Dövlət Aqrar İnkişaf Mərkəzlərinin, Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzlərinin rəhbərləri, mütəxəssisləri və fermerlər  iştirak ediblər.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Konfransı giriş sözü ilə açan institutun direktoru İbrahim Cəfərov bildirib ki, Azərbaycanda bütün sahələrin, o cümlədən kənd təsərrüfatının inkişafı bu il də davam etməkdədir. Məhz bunun nəticəsidir ki, bu ilin arxada qalan aylarında da bölgələrdə kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə yüksək məhsuldarlıq əldə edilib. Kənd təsərrüfatında məhsuldarlığın yüksəlməsi bu sahəyə olan marağın da artmasına yol açır. Bu gün kənddə sadə torpaq pay mülkiyyətçilərindən tutmuş böyük fermer təsərrüfatlarınının rəh­bərlərinə qədər hər kəs daha çox və keyfiyyətli məhsul əldə etməyə çalışır. Bunun nəticəsində də Azərbay­can kəndinin və kəndlisinin uğurları ilbəil artır.

İbrahim Cəfərov qeyd edib ki, “Məhsuldarlıq düzgün elmi əsaslarla aparılan qulluqdan asılıdır. Fermer bilməlidir ki, bağlarda və əkin sahələrində yüksək məhsuldarlıq üçün ilk iş təməli qışa hazırlıq dövrü ilə başlayır. Vaxtında edilməyən qulluq və müdaxilə ürəkaçmayan nəticə verə bilər”.

Elmi-praktik seminarda b.e.f.d. Qabil Bayramov “Çəyirdəkli meyvə bağlarının təhlükəli zərərvericiləri və onlara qarşı profilaktiki mübarizə komleksi”, Vüsalə Əliyeva “Qərzəkli meyvə bağlarının qış qayğıları”, Gülcamal Ələsgərova “Subtropik meyvə bağlarının zərərverən orqanizmləri, bağların qış problemləri, mübarizə tədbirləri kompleksi”, Gülçin Dəmirova “Tumlu meyvə bağlarının zərərvericiləri onların qışlama formaları və məhv edilmə  qaydaları”, b.e.f.d. Qərib Məmmədov “Payızlıq taxıl əkinlərində siçanabənzər gəmiricilər onların yayılması, zərəri və onlara qarşı mübarizə tədbirləri”, Sevil Mehdiyeva “Payızlıq taxıl əkinlərinə zərərverən orqanizmlər və onlarla mübarizədə kimyəvi üsulun tətbiqi” mövzularında məruzələrlə çıxış ediblər.

Paylaş: