ŞƏKİ-ZAQATALA BÖLGƏSİNİN FINDIQ BAĞLARINDA MARŞRUT MÜAYİNƏLƏR APARILIB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin əməkdaşları tərəfindən Şəki-Zaqatala bölgəsinin fındıq bağlarında xəstəlik və zərərvericilərə qarşı marşrut müayinələr aparılıb.

“Şəki-Zaqatala iqtisadi rayonu şəraitində  fındıq bitkisinin zərərverici və xəstəliklərinin növ tərkibinin öyrənilməsi, onlara qarşı kompleks mübarizə tədbirləri sisteminin işlənilməsi” mövzusunda aparılan tədqiqat işinə uyğun olaraq Zaqatala rayonunun Aşağı Tala kəndində 3 ha ərazidə salınmış fındıq bağında stasionar sahə təyin edilərək təcrübə qoyulub və sahədə müayinələr aparılıb. Hava şəraiti ilə əlaqədar olaraq bağda heç bir xəstəlik aşkar olunmayıb,  zərərvericilərdən isə yarpaqyeyən böcək, tumurcuq gənəsi, fındıq mənənəsi, Akasiya yalançı çanaqlı yastıcasına rast gəlinib.

Qeyd edək ki, bu il tədqiqat işinin ikinci ilidir.

 

Paylaş: