ŞƏKİ-ZAQATALA BÖLGƏSİNİN FINDIQ BAĞLARINDA MARŞRUT MÜAYİNƏLƏRİ DAVAM EDİR » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər ET İnstitutunun əməkdaşlarının Şəki-Zaqatala bölgəsinin fındıq bağlarında xəstəlik və zərərvericilərə qarşı aparılan marşrut müayinələri davam edir.
Müayinələr zamanı hava şəraiti ilə əlaqədar olaraq fındıq bağlarında xəstəlik və zərərvericilər aşkar edilib. Belə ki, daha çox göbələk mənşəli xəstəliklərdən unlu şeh, fillostiktoz, virus mənşəli (Apple mosaic virus) xəstəliklər və zərərvericilərdən akasiya yalançı çanaqlı yastıcası (Parthenolecanium corni Bouche), fındıq mənənəsi (Myzocallis coryli), qəhvəyi mərmər bağacığına rast gəlinib. Aşkar edilmiş xəstəlik və zərərvericilərlə bağlı fermerlərə lazımi tövsiyyələr verilib.
Qeyd edək ki, əməkdaşlarımız tərəfindən Zaqatala rayonunun Aşağı Tala kəndində stasionar sahə kimi seçilən təcrübə sahəsinə də baxış keçirilib, burada da unlu şeh xəstəliyinə rast gəlinib, zərərvericilərdən isə dəyişik ipəksarıyanın tırtılları və yarpaqyeyən böcək müşahidə edilib.

Paylaş: