
Fermerlərin müraciəti əsasında pomidor və xiyar istixanalarında bitkilərdə rast gəlinən problemlər araşdırılıb, xəstəlik və zərərvericilər təyin edilib. Mütəxəssislər mübarizə yollarını yerində müzakirə edərək konkret tövsiyələr veriblər.
Mütəxəssislər fermerlərlə fikir mübadiləsi apararaq məhsuldarlığın artırılması və ekoloji cəhətdən təmiz, davamlı praktik tövsiyələr təqdim ediblər. Həmçinin, istehsalın daha səmərəli olması üçün faydalı məsləhətlər verilib və müasir aqrotexniki metodların tətbiqinin vacibliyi vurğulanıb.
Bu cür operativ və qarşılıqlı əməkdaşlıq kənd təsərrüfatı sahəsində yaranan problemlərin vaxtında həllinə və sahənin inkişafına mühüm dəstəkdir.
Qeyd edək ki, belə səfərlər və fermerlərlə əməkdaşlıq institutun elmi fəaliyyətlərinin vacib hissəsini təşkil edir və kənd təsərrüfatında innovasiya və davamlı inkişaf strategiyalarının həyata keçirilməsində önəmli rol oynayır.


