İNSTİTUTUN TƏCRÜBƏ SAHƏLƏRİNDƏ ZƏRƏRVERİCİLƏRƏ QARŞI FİTOSANİTAR MÜŞAHİDƏLƏR APARILIB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Mövsümlə əlaqədar olaraq Bitki Mühafizə İnstitutunun əməkdaşları tərəfindən institutun təcrübə sahələrində genişmiqyaslı fitosanitar monitorinqlər aparılıb. Monitorinqlər günəbaxan, şəkər çuğunduru, pambıq sahələri, eləcə də meyvə və üzüm bağlarını əhatə edib.

Aparılan müayinələr zamanı müxtəlif zərərvericilər və xəstəliklər qeydə alınıb. Günəbaxan sahələrində əsasən çəmən kəpənəyi, günəbaxan odlucası, ağqanadlılar və tripslər, şəkər çuğunduru sahələrində isə çuğundur birəciyi, çuğundur uzunburnu, yaşıl bağacıq və unlu şeh xəstəliyi müşahidə olunub.

Üzüm bağlarında aparılan müayinələr zamanı üzüm yarpaq bükəni, meyvə bağlarında isə bənövşəyi çanaqlı yastıca və və  alma ağaclarında alma meyvəyeyəni kimi zərərvericilər aşkarlanıb.

Qeyd edək ki, bu sahələr institutun təcrübə sahələri olduğundan daimi nəzarət altındadır və müşahidələrin əsas məqsədi zərərvericilərin inkişaf dinamikasını izləmək və elmi əsaslarla qiymətləndirməkdir. Monitorinqlər bu istiqamətdə məlumat bazasının zənginləşdirilməsi və müvafiq elmi tədqiqatların aparılması üçün əsas yaradır.

 

Paylaş: