“TAXIL VƏ YONCA ƏKİNLƏRİNDƏ SİÇANABƏNZƏR GƏMİRİCİLƏR VƏ ONLARA QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİNİN TƏŞKİLİ“ MÖVZUSUNDA ELMİ-PRAKTİK SEMİNAR KEÇİRİLİB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə “Taxıl və yonca əkinlərində siçanabənzər gəmiricilər və onlara qarşı mübarizə tədbirlərinin  təşkili”mövzusunda elmi-praktik seminar keçirilib.

Göygöl DAİM-də təşkil olunmuş seminarda BMTBETİ-nin direktor müavini Elçin Xəliliv, Göygü DAİM və Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin rəhbərləri, əməkdaşları eyni zamanda femerlər iştirak ediblər.

Elçin Xəlilov tədbiri giriş sözü ilə açaraq qeyd edib ki,  siçanabənzər gəmiricilərin kütləvi artıb çoxaldığı illərdə kənd təsərrüfatı üçün böyük təhlükə törədir. Odur ki, onların miqdarını müəyyən etmək, aparılacaq mübarizə tədbirlərinin həcmini proqnozlaşdırmaq, aqrotexniki, bioloji və kimyəvi mübarizə tədbirlərinin vaxtında və keyfiyyətli aparılmasının vacibliyini vurğulayıb.

BMTBETİ-nin şöbə müdiri Mahirə Vəliyeva taxıl əkinlərində yüksək məhsuldarlığın əldə edilməsi, eyni zamanda gəmiricilərin, müxtəlif zərərvericilərin qarşısının alınması məqsədilə zəruri aqrotexniki qaydaların təşkili haqqında məlumat verib.

Seminarda Göygöl DAİM-in direktoru Azər Hacıyev rayon ərazisində taxıl əkinlərində mövcud vəziyyət və qarşıda duran vəzifələr haqqında söz açıb.

Daha sonra BMTBETİ-nin əməkdaşı Qərib Məmmədov “Taxıl və yonca əkinlərində siçanabənzər gəmiricilər və onlara qarşı mübarizə tədbirlərinin  təşkili” mövzusunda təqdimatla çıxış edərək əkin sahəsində gəmiricilərin yayılma arealının, say miqdarının müəyyən edilməsi, aparılacaq mübarizə tədbirlərinin həcminin təyin edilməsi, kimyəvi tədbirlərinin vaxtında və keyfiyyətli aparılmasının vacibliyi haqqında  iştirakçıları məlumatlandırıb.

Seminarda tədbir iştirakçılarına bukletlər, lazımi informasiya materialları paylanılıb, onları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb və müvafiq qaydada cavablandırılıb.

Paylaş: