ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 101-Cİ İL DÖNÜMÜ İLƏ ƏLAQƏDAR TƏDBİR KEÇİRİLİB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər ETİ-də  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci il dönümü ilə əlaqədar tədbir keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

BMTBETİ-nin direktoru, professor İbrahim Cəfərov bildirib ki, bu gün xalqımız onu ağır sınaqlardan müdrikliklə çıxarmış Ulu Öndər Heydər Əliyevi minnətdarlıqla yad edir: “Həyatının məqsədi Azərbaycanın müstəqilliyi, xalqımızın xoşbəxtliyi olan Ulu Öndər bütün mənalı ömrünü bu məqsədə nail olunmasına sərf edib. Ölkə həyatının ən çətin, mürəkkəb məqamlarında dahi lider özünün xilaskarlıq missiyası ilə xalqının köməyinə çatıb. Məhz ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycan Ulu Öndərin inanılmaz səyləri ilə keçmiş SSRİ-nin geridə qalmış respublikasından yüngül və ağır sənayenin inkişaf etdiyi bir respublikaya çevrildi. İqtisadiyyat, sənaye, elm, təhsil, mədəniyyət və kənd təsərrüfatı sahələrində böyük uğurlara imza atıldı. 1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkilən Heydər Əliyev 5 il ərzində SSRİ rəhbərlərindən biri oldu”. Direktor qeyd edib ki, 1993-cü ilin ortalarında ölkədə vətəndaş müharibəsi təhlükəsi, dövlətçiliyin itirilməsi və Azərbaycan Respublikasının bir ölkə kimi dünya xəritəsindən silinməsi təhlükəsi yarananda Ulu Öndər Heydər Əliyev xalqımızın nicatı oldu. Ölkəyə yatırılan investisiyalar, həyata keçirilən beynəlxalq layihələr, Ulu Öndər Heydər Əliyevin misilsiz neft strategiyası dövlətimizi qüdrətləndirdi. Ulu Öndərin ikinci dəfə ölkəyə rəhbərlik etdiyi 1993-2003-cü illər müstəqil Azərbaycanın tarixinə qızıl dövr kimi yazıldı. Bu gün Ulu Öndərin Azərbaycan xalqı üçün ən böyük yadigarı onu işıqlı gələcəyə aparan Prezident İlham Əliyevdir. Ulu Öndərin Azərbaycanın gələcəyini əmanət etdiyi müasir gənclik isə daim bu əbədi irsi öyrənərək gələcək yollarını sağlam təməllər üzərində qurmağı bacarmalıdır”.

Sonra İnstitutun alimləri Heydər Əliyevin liderlik missiyasından, dünyaşöhrətli siyasətçinin zəngin siyasi, dövlətçilik və mənəvi irsindən bəhs ediblər. Natiqlər onu da qeyd ediblər ki, bu gün Ulu Öndərin Azərbaycan xalqı üçün ən böyük yadigarı onu işıqlı gələcəyə aparan Prezident İlham Əliyevdir. Ulu Öndərin Azərbaycanın gələcəyini əmanət etdiyi müasir gənclik isə daim bu əbədi irsi öyrənərək gələcək yollarını sağlam təməllər üzərində qurmağı bacarmalıdır.

Paylaş: