VOLQOQRAD DÖVLƏT AQRAR UNİVERSİTETİNİN PROREKTORU BMTBETİ-DƏ QONAQ OLUB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Rusiya Federasiyasının Volqoqrad Dövlət Aqrar Universitetinin prorektoru Solovyev Aleksandr Vitaliyeviç Bitki Mühafizə və Texniki Bitkilər ETİ-də qonaq olub.

Qonaq ilk öncə institutun aparılan elmi-tədqiqat işləri, maddi-texniki bazası və əməkdaşlar üçün yaradılan şəraitlə tanış olub.

Direktor müavini Elçin Xəlilov institutun tarixi, əsas fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri, burada aparılan elmi-tədqiqat işləri və əldə edilən mühüm nəticələr barədə qonağa ətraflı məlumat verib.

Volqoqrad Dövlət Aqrar Universitetinin prorektoru Solovyev Aleksandr Vitaliyeviç elmi fəaliyyət üçün bir araya gəlmək, birgə elmi tədqiqatlar aparmaq, eləcə də müştərək layihələr üzərində işləməyin əhəmiyyətli olduğunu qeyd edib və Azərbaycanın elmi-tədqiqat institutları ilə sıx əməkdaşlıq əlaqələrinin qurulmasında maqraqlı olduğunu vurğulayıb.

Görüşdə BMTBETİ ilə Dövlət Aqrar Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib və müvafiq razılaşmalar əldə edilib.

Paylaş: