XOCALI SOYQIRIMININ 32-Cİ İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR TƏDBİR KEÇİRİLİB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər ETİ-də   Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar  tədbir keçirilib.

Dövlət Himni səsləndirilib, Xocalı faciəsi qurbanlarının, o cümlədən ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüşlərdə şəhid olmuş qəhrəman Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan institutun direktoru İbrahim Cəfərov XX əsrin ən böyük faciələrindən olan Xocalı faciəsinin tək Azərbaycan tarixinə deyil, eyni zamanda dünya insanlıq tarixinə qara hərflərlə yazıldığını vurğulayıb. Bu tarixin unudulmamasının vacibliyinə toxunan İbrahim Cəfərov şanlı zəfəri bizə yaşadan Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və onun rəhbərlik etdiyi qəhrəman ordumuzun sayəsində Xocalı faciəsinin qurbanlarının qisasının alındığını bildirib. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan tamamilə təmizlənib. Dövlət başçısı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Dövlət Bayrağını ucaltmaqla soyqırım qurbanlarının qanının yerdə qalmadığını, onların qisasının alındığını bir daha nümayiş etdi.

Daha sonra çıxış edənlər Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırmaq istiqamətində görülən işlərdən, Ermənistanın etnik təmizləmə siyasətinin tarixi köklərindən bəhs ediblər. Həmçinin, Xocalı soyqırımı həqiqətlərinin tanıdılmasında gənclərin üzərinə böyük məsuliyyət düşdüyü qeyd olunub.

 

Paylaş: