Yunanıstanın Bios Agrosystems S.A. şirkəti ilə birgə yerinə yetirilən pambıqçılıq üzrə beynəlxalq layihənin icrası davam edir.
Layihənin növbəti ilində 2022 –ci ildə əkilmiş F2 və F3 nəsillərindən keyfiyyət göstəricilərinə görə seçilmiş hibrid kombinasiyaların toxumlarının qiymətləndirilməsi üçün əkin sxemi üzrə səpin aparılıb.
Qeyd edək ki, institutun təcrübə sahəsində aparılan səpin Bios Agrosystems Turkey Tarım Ticaret A.Ş.-nın nümayəndəsi Hamza Kuhun rəhbərliyi ilə aparılıb.



