Fəaliyyət istiqaməti » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

İnstitutun fəaliyyət istiqaməti

İnstitutun fəaliyyət istiqaməti

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu fəaliyyətini əsasən 1 əsas istiqamət üzrə davam etdirir. Bu istiqamət 2 əsas problem sahəsini əhatə edir:

    • Bitki mühafizəsi

    • Texniki bitkilər

Hər iki problem sahəsi üzrə institutda aparılan elmi tədqiqatlar çərçivəsində:

  • 12 mövzu üzrə işlər aparılır,

  • Bu işlərin icrası üçün 31 praktiki iş həyata keçirilir,

  • Tədqiqatlar müxtəlif mərhələlərdə, ümumilikdə 37 mərhələ üzrə idarə olunur.

Bu struktur institutun elmi potensialını artırmaq və kənd təsərrüfatı sahəsində elmi yenilikləri tətbiq etmək məqsədi daşıyır.

 

• İnstitutun əsas fəaliyyət istiqamətlərindən biri respublika ərazisində açıq və örtülü şəraitdə becərilən kənd təsərrüfatı, meşə, yaşıllıq, dekorativ və dərman bitkilərinin zərərverici, xəstəlik və alaq otlarının növ tərkibinin, yayılma arealının, başlıca zərərli orqanizmlərin bioekoloji xüsusiyyətlərinin və onların vurduğu zərərin öyrənilməsi əsasında ekoloji baxımdan təhlükəsiz mübarizə tədbirlərinin işlənib hazırlanması.

• Respublika ərazisində yayılmış karantin zərərli orqanizmlərin bioekoloji xüsusiyyətlərinin öyrənilməsi və onların qısa və uzunmüddətli inkişaf proqnozunun hazırlanması.

• Yüksək rəqabət qabiliyyətliyinə malik ixrac yönümlü, respublika üçün prioritet hesab edilən bitkilərin zərərli orqanizmlərinə qarşı inteqrir mübarizə tədbirlərinin işlənib hazırlanması.

• Zərrəli orqanizmlərdə pestisidlərə qarşı davamlılığın molekulyar-genetik əsaslarının öyrənilməsi

• Respublikaya daxil olan pestisidlərin, bioloji vasitələrin və preparatların istehsalı, sınağı, optimal normaların müəyyənləşdirilməsi və tətbiq reqlamentlərinin hazırlanması.

• Respublikanın ayrı-ayrı bölgələri üzrə fitosanitar vəziyyətin qiymətləndirilməsi.

Xəbərlər