Gəncə-182

GƏNCƏ-182 Müəllif: Ə.Ə.Tağıyev

Sort 2018-ci ildə ildə Azərbaycan Respublikası seleksiya nailiyyətlərinin Dövlət reyestrinə daxil edilmişdir. 00238 №-li patent üzrə müəlliflik şəhadətnaməsi verilmişdir.

Mutant – 5/8 x Mutant – 6/34= hibridlşməsindən alınan hibrid üzrə istiqamətli seçmə yolu ilə alınmışdır.

Müəllif: Ə.Ə.Tağıyev

Sortun mənşəyi: Sort G. hirsutum L. növünə mənsubdur, orta liflidir.

Kolu: piramidal formalıdır, hündürlüyü – 120 sm-dir. Gövdəsi yatmağa qarşı davamlı tünd qonur rəngli, düz buğumarası 5-7 sm-dır. II budaqlanma tipinə aiddir. 1-ci simpodial budağı 4-5 buğumda qoyulur. 1-2 monopodial budaq əmələ gəlir.

Yarpaqları – orta böyüklükdə , əsasən 3 dilimli, açıq yaşıl rəngli, tüksüzdür.

Çiçəyi: orta böyüklükdə, açıq sarı rəngdədir.

Qozası: orta irilikdə, yumurtavari formalı, 4-5 dilimli, zəif buruncuqlu, səthi hamar açıq rəngli olub, məhsulu tökülmür.

Çiyidi: orta böyüklükdə, çirkli zümrüdü rəngdədir. 1000 ədəd çiyidin kütləsi – 121 qramdır.

Vilt: xəstəliyinə nisbətən davamlıdır. (6,4%)

Məhsuldarlığı: 50-55 sen/ha, lif çıxımı – 38,3%, lifin uçağanda uzunluğu – 35 mm-dir.

Lifin texnoloji keyfiyyəti: Lifin qırılma yükü – 4,8 q.q., xətti sıxlığı – 5960 m/teks, nisbi qırılma uzunluğu – 28,6 qq/teks, ştapel uzunluğu – 34/35 mm-dir.

Vegetasiya müddəti: Gəncə – 182 pambıq sortu tezyetişən olmaqla vegetasiya müddəti – 115 gündür.

Muğan – Salyan, Şirvan və Mil-Qarabağ bölgələrində yonca və taxıl bitkilərindən sonra əkilməsi tövsiyə olunur.