GƏNCƏ-114

GƏNCƏ-114 Müəllif: Ə.Ə.Tağıyev

Sort 2014-cu ildə Azərbaycan Respublikası seleksiya nailiyyətlərinin Dövlət reyestrinə daxil edilmişdir. 00175 №-li patent üzrə müəlliflik şəhadətnaməsi verilmişdir.
Müəlliflər: Ə.Ə.Tağıyev, İ.İ.Rzayeva, T.K.Bürcəliyeva, D.Q.Əliyeva.
Sort təcrübi mutagenez metodu ilə Mutant-4/11 formasından çox təkrarlı istiqamətli seçmə yolu ilə yaradılmışdır. Gəncə-114 pambıq sortu orta lifli G. hirsutum L. növünə aiddir.
Kolu – yığcam, piramidal formalıdır, hündürlüyü 100-120 sm-dir.
Gövdəsi yoğun və möhkəm olur, yatmağa qarşı davamlıdır. Birinci meyvə budağı 5-6-cı buğumda yerləşir. Tünd yaşıl rəngli, I-II tip budaqlanmaya mənsubdur.
Yarpaqları – orta irilikdə, açıq yaşıl rəngli, 3-5 dilimlidir.
Çiçəyi otra irilikdə, açıq sarıdır. Ləçəkləri və tozcuqları sarı rəngdədir.
Qozası – orta iri, səthi hamar, ovalvari formalı, açıq yaşıl rənglidir, məhsulu tökülmür, 4-5 dilimlidir.
Çiyidi – orta böyüklükdə, orta dərəcədə tüklüdür, çirkli zümrüdü rəngdədir. 1000 ədəd çiyidin çəkisi – 121 qramdır. Gəncə-114 pambıq sortu tezyetişən olmaqla vegetasiya müddəti 120gündür.
Təsərrüfat və lifin texnoloji keyfiyyət göstəriciləri: Sortun Müsabiqəli sort sınağında orta məhsuldarlığı 36.2 sent/ha, bir qozada olan xam pambığın kütləsi – 6.1 qr, lifin uçağanda uzunluğu – 36.4 mm, lif çıxımı – 39.8%, lif məhsulu isə – 14.4 sent/ha-dır. Lifin qırılma yükü – 4.6 q.q., xətti sıxlığı – 5893 m/teks, nisbi qırılma uzunluğu – 27.2 q.q./teks, ştapel uzunluğu – 34/35 mm-dir.
Gəncə-114 pambıq sortunun lifinin texnoloji keyfiyyəti V tipin tələbatına dolğun cavab verir. Vilt xəstəliyinə 3.8 % sirayətlənməklə sort xəstəliyə davamlı hesab edilir.