GƏNCƏ-103

GƏNCƏ-103 Müəllif: F.K.Qəhrəmanov

Sort 2009-cu ildə Azərbaycan Respublikası seleksiya nailiyyətlərinin Dövlət reyestrinə daxil edilmişdir. 00122 №-li patent üzrə müəlliflik şəhadətnaməsi verilmişdir.
Müəlliflər. F.K.Qəhrəmanov, T.Q.Mahmudov, L.C.Sadıxova, M.İ.Kazımov, F.X. Məmmədov, R.İ.Nəbiyev.
Gəncə-103 pambıq sortu 2009-cu ildə rayonlaşdırılıb.
Sortun mənşəyi. Sort təcrübi mutagenez me¬to¬du ilə «AzNİXİ-104-XLO-0,02%+18 saat» mənşəli mutant formasından çox tək¬rar¬lı istiqamətli seçmə yolu ilə Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunda ya¬¬ra¬dıl¬mış¬¬¬¬dır. Gəncə-103 pambıq sortu ortalifli G. hirsutum L. növünə aiddir.
Kolu. 100-120 sm hündürlükdə, yığcam, piramida şəkillidir.
Gövdəsi. Açıq yaşıl rəngli, zəif tüklüdür. Yatmağa qarşı davamlıdır.
Meyvə budaqları. I-II tipə aid olmaq¬la, birinci meyvə budağı 4-5-ci buğumda yerləşir.
Monopodial budaqları. 1-2 ədəd olmaqla zəifdir.
Yarpağı. Orta böyüklükdə, 3-5 dilimli, tünd yaşıldır.
Çiçəyi. Orta böyüklükdədir, sarımtıl rəng¬də¬¬¬¬¬¬¬¬¬¬¬¬dir, ləçəklərində antosian ləkələr yox¬dur. Tozcuqların rəngi sarımtıl rəngdədir.
Qozası. Orta böyüklükdədir, yumurta¬va¬¬ridir, ucu kütdür, səthi hamardır, rəngi yaşıldır.
Çiyidi. Rəngi bozdur, 1000 ədəd çiyidin kütləsi – 121 qramdır.
Vilt. Xəstəliyə və zərərvericilərə qarşı davamlı sortdur.
Vegetasiya müddəti. Gəncə-103 pambıq sortu tezyetişən sortlar qrupuna aid olmaqla vegetasiya müddəti 127 gündür.
Təsərrüfat göstəriciləri. Sortun potensial məh¬¬¬¬suldarlığı 45-50 sen/hek-dır, müsabiqəli sort sınağında orta məhsuldarlığı – 41,8 sen/hek, bir qozadan alınan xam pambığın kütlə¬si 6,3 qramdır, lifin uçağanda uzunluğu – 35,7 mm, lif çıxımı – 39,1%, lif məhsulu – 16,3 sen/hek-dır.
Lifin texnoloji keyfiyyəti. Lifin qırılma yükü – 4,8 qq, xətti dolğunluğu – 5943 m/teks, nisbi qırılma uzunluğu – 28,2 qq/teks, ştapel uzunluğu – 35/36 mm-dir.
Gəncə-103 pambıq sortu lifinin texnoloji keyfiyyətinə görə IV tipin tələba¬tına cavab verir.