GƏNCƏ-110

GƏNCƏ-110 Müəllif: Ə.Ə.Tağıyev

Sort 2008-ci ildə Azərbaycan Respublikası seleksiya nailiyyətlərinin Dövlət reyestrinə daxil edilmişdir. 00107 №-li patent üzrə müəlliflik şəhadətnaməsi verilmişdir.
Müəlliflər. Ə.Ə.Tağıyev, D.Q.Əliyeva, M.H.Abbasov.
Gəncə-110 pambıq sortu 2008-ci ildə rayonlaşdırılıb.
Sortun mənşəyi. Sort təcrübi mutagenez metodu ilə Mutant-4/1 (AzNİXİ-104-Eİ-0,04%+PABT-1,0%+18 saat) formasından çoxtəkrarlı istiqamətli seçmə yolu ilə Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunda yaradılmışdır. Gəncə-110 pambıq sortu ortalifli G. hirsutum L. növünə aid-dir.
Kolu. Yığcam, piramidaşəkillidir, hündürlüyü 90-110 sm-dir.
Gövdəsi. Yoğun və möhkəmdir, yatmağa qarşı davamlıdır, solğun yaşıl rəngli, nisbətən zəif tüklüdür.
Meyvə budaqları. İti bucaq altında əmələ gələrək, I-II tip budaqlanmaya aiddir.
Monopodial budaqları. 1-2 ədəd olur.
Yarpaqları. Orta irilikdə, tünd yaşıl rəngli, orta dərəcədə tüklüdür, 3-5 dilimlidir, yarpaqayası düzdür.
Çiçəyi. Orta irilikdə, sarımtıl rəngdədir. Ləçəkləri və tozcuqları sarı rəngdədir.
Qozası. İridir, səthi hamar və tünd yaşıldır, forması uzunsov, yumurtavari olmaqla buruncuğu küt, ulduzcuqludur.
Çiyidi. Orta böyüklükdə, orta dərəcədə tüklüdür, çirkli zümrüdü rəngdədir. 1000 ədəd çiyidin çəkisi 120 qramdır.
Vilt. Xəstəliyə nisbətən davamlıdır.
Vegetasiya müddəti. Gəncə-110 pambıq sortu tez yetişən sortlar qrupuna aid olmaqla vegetasiya müddəti 118 gündür.
Təsərrüfat göstəriciləri. Sortun potensial məhsuldarlığı 50-55 sen/hek-dır, müsabiqəli sort sınağında orta məhsuldarlığı – 42,5 sen/hek, bir qozadan alınan xam pambığın kütləsi – 6,2 qramdır. Lifin uçağanda uzunluğu – 36,1 mm, lif çıxımı – 38,5%, lif məhsulu – 17,0 sen/hek-dır.
Lifin texnoloji keyfiyyəti. Lifin qırılma yükü – 4,9 qq, xətti dolğunluğu 5980 m/teks, nisbi qırılma uzunluğu – 29,1 qq/teks, ştapel uzunluğu – 35/36 mm-dir. Gəncə-110 pambıq sortu lifinin keyfiyyətinə görə IV tipin tələbatına cavab verir.