GƏNCƏ-132

GƏNCƏ-132 Müəllif: Ə.Ə.Tağıyev

Sort 2019-cu ildə Azərbaycan Respublikası seleksiya nailiyyətlərinin Dövlət reyestrinə daxil edilmişdir. 00258 №-li patent üzrə müəlliflik şəhadətnaməsi verilmişdir.
Müəllif: Ə.Ə.Tağıyev
Gəncə-132 pambıq sortu orta lifli G. hirsutum L. növünə aiddir.
Kolu: piramidal formalıdır, hündürlüyü 120 sm-dir.
Gövdəsi: yatmağa qarşı davamlı, açıq qonur rəngli, tüksüz, düz, buğum arası 5-7 sm-dir. Simpodial budaqların sayı 12-15 ədəddir və gövdədən düzbucaq altında çıxırlar. Birinci bar budağı 4-5-ci buğumdan çıxır. I-II budaqlanma tipinə aiddir.
Yarpaqları: açıq yaşıl rəngli,tüksüz, 3-5 dilimlidir.
Çiçəyi: orta böyüklükdə açıq sarı rənglidir.
Qozası: orta irilikdə olub, yumurtavari formalı, səthi hamar, açıq rənglidir, xam pambığı tökülmür.
Məhsuldarlığı: məhsuldarlığı 50-55 sen/ha, lif çıxımı 38,5% lifin uçağanda uzunluğu 35,5 mm-dir. Lifin texnoloji göstəriciləri: qırılma yükü – 4,7 q.q., xətti sıxlığı – 5840 m/teks, nisbi qırılma uzunluğu – 27,4 q.q/teks, ştapel uzunluğu – 34/35 mm.
Vegetasiya müddəti: Gəncə – 132 pambıq sortu tezyetişən olmaqla vegetasiya müddəti 115 gündür.
Vilt: vilt xəstəliyinə davamlı olmaqla sirayətlənmə dərəcəsi – 4,4%-dir. Muğan-Salyan, Şirvan və Mil-Qarabağ bölgələrində yonca və taxıl bitkilərindən sonra əkilməsi tövsiyyə olunur.