GƏNCƏ-80

GƏNCƏ-80 Müəllif: N.N.Kazımov

2006-cı ildə Azərbaycan Respublikası seleksiya nailiyyətlərinin Dövlət reyestrinə daxil edilmişdir. 00099 №-li patent üzrə müəlliflik şəhadətnaməsi verilmişdir.
Müəlliflər. N.N.Kazımov, S.S.Süleymanova, R.İ.Nəbiyev, K.A.Bayramov.
Gəncə-80 pambıq sortu 2006-cı ildə rayonlaşdırılıb.
Sortun mənşəyi. Sort G. hirsutum L. növünə mənsub olan Gəncə-17 pambıq sortundan istiqamətli seçmə yolu ilə yaradılmışdır.
Kolu. Orta hündürlükdə (110 sm), yığcam, piramidal formalıdır.
Gövdəsi. Yoğun, yatmağa qarşı davamlı, zəif tüklüdür. Budaqlanması – 1-1,5 tiplidir.
Qozası. Orta irilikdə, forması yumurtavaridir, məhsulu tökülmür. Bir qozada olan xam pambığın kütləsi – 5,8 qr-dır.
Monopodial budaqları. 1 ədəddir.
Yarpaqları. Orta irilikdə, tünd yaşıl rənglidir, orta dərəcədə tüklüdür.
Çiçəyi. Orta irilikdə, açıq limon rənglidir. Ləçəkləri və tozcuqları solğun sarı rənglidir.
Toxumu. Orta irilikdə, orta dərəcədə tüklüdür, kül rəngindədir. 1000 ədəd toxumun kütləsi – 120 qramdır.
Vilt. Xəstəliyə nisbətən davamlı sortdur.
Vegetasiya müddəti. Tez yetişəndir, vegetasiya müddəti 119 gündür.
Təsərrüfat göstəriciləri. Gəncə-80 pambıq sortunun potensial məhsuldarlığı – 45-50 sent/ha-dır, müsabiqəli sort sınağında orta məhsuldarlığı – 30,4 sent/ha-dır. Lifin uçağanda uzunluğu – 34,5 mm, lif çıxımı 34,3%, lif məhsulu – 10,4 sent/ha-dır.
Lifin texnoloji keyfiyyəti. Lifin qırılma yükü – 4,7 qq., xətti dolğunluğu – 6000 m/teks, nisbi qırılma uzunluğu – 29,2 qq/teks, ştapel uzunluğu – 33/34 mm-dir.
Gəncə-80 pambıq sortu lifinin texnoloji keyfiyyətinə görə IV tipin tələbatına cavab verir.