AZNİXİ-195

AzNİXİ-195 Müəllif: T.Q.Mahmudov

Sort 1998-ci ildə Azərbaycan Respublikası seleksiya nailiyyətlərinin Dövlət reyestrinə daxil edilmişdir. 00046 №-li patent üzrə müəlliflik şəhadətnaməsi verilmişdir.

Mənşəyi. Sort təkrar bekkross etməklə (Acala–4-42 x 3012) x C-4727 x 3273 sort nümunələrindən istiqamətli seçmə yolu ilə Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunda yaradılmışdır. AzNİXİ-195 pambıq sortu ortalifli G. hirsutum L. növünə aiddir.

Kolu. Yığcam, piramida şəkillidir, hündürlüyü – 90-100 sm-dir.

Gövdəsi. Antosian ləkəli, zəif tüklü və yatmağa qarşı davamlıdır.

Meyvə budaqları. I-II tip budaqlanmaya aiddir.

Monopodial budaqları. 1-2 ədəd olur.

Meyvə budaqları. 1-1,5 tip budaqlanmaya aiddir.

Monopodial budaqları. 2 ədəd olur.

Yarpaqları.Orta irilikdə, tünd yaşıl rəngli, 3-5 dilimlidir.

Çiçəyi.Orta irirlikdə, sarımtıl krem rənglidir.Tozcuqları sarı rənglidir.

Qozası.İri, forması yumurtavari olmaqla küt uca malikir, zəif ulduzcuqldur.

Çiyidi. Rəngi bozdur, 1000 ədəd çiyidin mütləq çəkisi 122 qramdır.

Vilt. Xəstəliyə nisbətən davamlı sortdur.

Vegetasiya müddəti. Vegetasiya müddəti 124 gündür, tez yetişən sortdur.

Təsərrüfat göstəriciləri. Sortun potensial məhsuldarlığı – 45-50 sent/ha, müsabiqəli sort sınağında orta məhsuldarlığı – 31,8 sent/ha, bir qozadan alınan xam pambığın kütləsi – 6,2 qramdır. Lifin uçağanda uzunluğu – 35,0 mm, lif çıxımı – 35,6 %, lif məhsulu – 11,3 sent/ha.

Lifin texnoloji keyfiyyəti. Lifin qırılma yükü 4,9 q, xətti dolğunluğu – 6000 m/teks, nisbi qırılma uzunluğu – 29,4 qq/teks, ştapel uzunluğu – 34/35 mm-dir.

AzNİXİ-195 sortu lifinin keyfiyyətinə görə IV tipin tələbatına cavab verir.

Gübrə norması. Fosfor gübrəsinin 80%-i dondurma şumu altına, yerdə qalanı isə səpinlə birlikdə və ya qönçələmə dövrünədək verilməlidir. Azot gübrəsinin 40% səpin qabağı becərmədə, qalanı çiçəkləmə fazasınadək verilir. Kalium gübrəsinin şum altına verilməsi məsləhətdir.