GƏNCƏ-160

GƏNCƏ-160 Müəllif: Ə.Ə.Tağıyev

Sort 2016-cı ildə Azərbaycan Respublikası seleksiya nailiyyətlərinin Dövlət reyestrinə daxil edilmişdir. 00198 №-li patent üzrə müəlliflik şəhadətnaməsi verilmişdir.
Müəlliflər: Ə.Ə.Tağıyev, T.K.Bürcəliyeva, D.Q.Əliyeva, P.M.Əyyubova, S.K.Ələsgərova.
Sortun mənşəyi: Sort G. hirsutum L. növünə mənsub, mutant mənşəli AzNİXİ-214 və 3131 sortlarının çarpazlaşmasından alınan hibrid nəslindən çox təkrarlı istiqamətli seçmə yolu ilə Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunda yaradılmışdır.
Kolu – yığcam, piramidal formalıdır, hündürlüyü 110-120 sm-dir.
Gövdəsi – orta dərəcədə tüklü, yatmağa qarşı davamlıdır. Birinci meyvə budağı 5-6-cı buğumda yerləşir. Budaqlanması-II tiplidir.
Monopodial budağı 1-2 ədəd olur.
Yarpaqları – orta böyüklükdə, açıq yaşıl rəngli, əsasən 3 dilimlidir.
Çiçəyi – orta böyüklükdə, ləçəkləri və tozcuqları sarı rəngdədir.
Qozası – orta irilikdə, ovalvari, səthi hamar, ulduzcuğu yoxdur.
Toxumu – orta böyüklükdə, orta dərəcədə tüklüdür, kül rəngindədir. 1000 ədəd toxumun kütləsi – 115-120 qramdır.
Vilt. xəstəliyinə nisbətən davamlıdır.
Vegetasiya müddəti. Gəncə-160 pambıq sortu tezyetişən olmaqla vegetasiya müddəti 127 gündür.
Təsərrüfat göstəriciləri. Sortun potensial məhsuldarlığı – 50-55 sent/ha-dır. Müsabiqəli sort sınağında məhsuldarlığı – 38,6sent/ha-dır, bir qozadan alınan xam pambığın kütləsi 6,1 qr., lifin uçağanda uzunluğu – 35,3mm, lif çıxımı 40,0%, lif məhsulu – 14,9 sent/ha-dır.
Lifin texnoloji keyfiyyəti. Lifin qırılma yükü – 4,7 qq., xətti dolğunluğu – 6440m/teks, nisbi qırılma uzunluğu – 30,3qq/teks, ştapel uzunluğu – 34/35mm-dir.
Gəncə-160 pambıq sortu lifinin texnoloji keyfiyyətinə görə IV tipin tələbatına dolğun cavab verir.
Gəncə-160 pambıq sortu digər sortlardan yüksək lif çıxımına görə seçilir.