LƏNKƏRAN VƏ LERİK RAYONLARINDA AQRAR BİZNES FESTİVALI KEÇİRİLİB
28 Noyabr 2024Daha ətraflı
Sort 2020-ci ildə Azərbaycan Respublikası seleksiya nailiyyətlərinin Dövlət reyestrinə daxil edilmişdir.
Müəllif: Ə.Ə.Tağıyev
Gəncə – 183 pambıq sortu orta lifli G. hirsutum L. növünə aiddir.
Kolu: yığcam formalı olub, II tip budaqlanmaya aiddir. Gövdəsi: yatmağa qarşı davamlı olmaqla, maşın yığımı üçün əlverişlidir, buğum arası 5-7 sm-dir. Simpodial budaqların sayı 17-18 ədəddir.
Yarpağı: orta böyüklükdə, əsasən 3-5 dilimlidir, yaşıl rəngli, orta tüklüdür.
Çiçəyi: orta böyüklükdə sarımtıl rənglidir.
Qozası: iri (6,2 qr) olub, yumurtavari formalı, səthi hamar, tünd yaşıl rənglidir, xam pambığı tökülmür
Məhsuldarlığı: 50-55 sen/ha, potensial lifin çixımı 42,1%, lifin uçağanda uzunluğu 35,5 mm-dir.
Lifin texnoloji göstəriciləri: qırılma yükü – 4,8 q.q., xətti sıxlığı – 5950 m/teks, nisbi qırılma uzunluğu – 28,5 q.q/teks, ştapel uzunluğu – 34/35 mm
Vegetasiya müddəti: Gəncə – 183 pambıq sortu tezyetişən olmaqla vegetasiya müddəti 120 gündür.
Vilt: vilt xəstəliyinə davamlı olmaqla sirayətlənmə dərəcəsi – 6,3%-dir. Muğan-Salyan, Şirvan və Mil-Qarabağ bölgələrində yonca və taxıl bitkilərindən sonra əkilməsi tövsiyyə olunur.