LƏNKƏRAN VƏ LERİK RAYONLARINDA AQRAR BİZNES FESTİVALI KEÇİRİLİB
28 Noyabr 2024Daha ətraflı
2002-ci ildə Azərbaycan Respublikası seleksiya nailiyyətlərinin Dövlət reyestrinə daxil edilmişdir. 00083 №-li patent üzrə müəlliflik şəhadətnaməsi verilmişdir.
Mənşəyi. Sort təcrübi mutagenez metodu ilə Mutant-24/6 (3273-NDMM-0.04%-18 saat) formasından çoxtəkrarlı istiqamətli seşmə yolu ilə Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunda yaradılmışdır. Gəncə-2 pambıq sortu ortalifli G. hirsutum L. növünə aiddir.
Kolu. Yığcam, piramidaşəkillidir, hündürlüyü 100-120 sm-dir.
Gövdəsi. Qabırğalı və möhkəmdir, nisbətən az tüklüdür.
Meyvə budaqları. I-II tip budaqlanmaya aiddir. Monopodial budaqları. 1-2 ədəd olur.
Yarpaqları. Orta irilikdə, açıq yaşıl rəngli, az tüklü, 3-5 dilimlidir.
Çiçəyi. Orta böyüklükdə, açıq sarı rəngdə olmaqla gövdəsində xalı yoxdur.
Qozası. İri, forması ovalvari, səthi hamar və tünd yaşıl, buruncuğu küt, ulduzcuğu zəif görünür.
Çiyidi. Üzəri lifaltlığı ilə örtülü olub, rəngi bozdur. 1000 ədəd çiyidin mütləq şəkisi 115-120 qramdır.
Vilt. Xəstəliyə nisbətən davamlı sortdur.
Vegetasiya müddəti. Gəncə-2 pambıq sortu tezyetişən sortlar qrupuna aid olmaqla vegetasiya müddəti 130 gündür.
Təsərrüfat göstəriciləri. Sortun potensial məhsuldarlığı 50-55 sen/ha, müsabiqəli sort sınağında orta məhsuldarlığı 30.2 sent/ha, bir qozadan alınan xam pambığın kütləsi 6.6 q. Lifin uçağanda uzunluğu – 36.1 mm, lif çıxımı – 37.7%, lif məhsulu – 11.4 sen/ha.
Lifin texnoloji keyfiyyəti. Lifin qırılma yükü – 5.0 qq, xətti dolğunluğu – 5930 m/teks, nisbi qırılma uzunluğu – 29.4 qq/teks, ştapel uzunluğu – 34/35 mm-dir.
Gəncə-2 pambıq sortu lifinin keyfiyyətinə görə IV tipin tələbatına dolğun cavab verir.
Becərilmə bölgələri və sələfləri. Muğan-Salyan, Şirvan və Mil-Qarabağ bölgələrində çəltik, yonca və taxıl bitkilərindən sonra səpilməsi tövsiyə olunur.
Optimal səpin müddəti. Səpinə havada 12-13 oC olduqda başlamaq lazımdır. Bu müddət aprelin birinci və ikinci ongünlüyünə təsadüf olunur.
Səpin norması. Hektara 40 kq çiyid səpilməlidir.
Bitki sıxlığı. Hektara 90-110 min bitki saxlanılmalıdır.
Gübrə norması. Gəncə-2 pambıq sortu intensiv tipli pambıq sortu olduğundan onun əkinlərindən yüksək məhsul almaq üşün bütün bölgələrdə azot, fosfor, kalium gübrələrinin maksimum normalarından istifadə edilməlidir. Bütün bölgələrdə fosforun 80%-i, kaliumun hamısı dondurma şumu altına, azot gübrəsinin isə 40%-i səpin gabağı, qalanı isə yemləmə zamanı verilir.
Suvarma rejimi. 70-70-65 (4 su) sxemində, kütləvi çiçəкləmə mərhələsindən əvvəl başlanmalıdır. Suvarmalar arasında vaxt 15-18 gün olmalıdır.
Bitkilərin ucunun vurulması. Kollarda 13-15 ədəd bar budağı əmələ gəldikdə aparmaq məsləhətdir. Ucvurma axırıncı vegetasiya suyundan əvvəl aparıldıqda çox səmərəli olur.