Gəncə-8

GƏNCƏ-8 Müəllif: N.N.Kazımov

2002-ci ildə Azərbaycan Respublikası seleksiya nailiyyətlərinin Dövlət reyestrinə daxil edilmişdir. 00084 №-li patent üzrə müəlliflik şəhadətnaməsi verilmişdir.

Müəlliflər. N.N.Kazımov, X.T.Məmmədova, S.S.Süleymanova, T.K.Bürcəliyeva, R.İ.Nəbiyev.

Gəncə-8 pambıq sortu 2002-ci ildə rayonlaşdırılıb.

Sortun mənşəyi. Sort uzaq növ arası 3038 və S–6029 sortlarının çarpazlaşmasından alınan formaların nəsilləri üzrə çox təkrarlı seçmə yolu ilə Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunda yaradılmışdır. Orta lifli G. hirzutum L. növünə aiddir.

Kolu. Ümumi görünüşünə görə ana forması 3038 pambıq sortunu xatırlatsa da, qozasının iriliyi, yarpağının nisbətən iri açıq yaşıl və ətli olması ilə kəskin fərqlənir. Yığcam, orta hündürlüyü 90-100 sm-dir.

Gövdəsi. Zəif tüklü, zəif antosian ləkəlidir.

Meyvə budaqları. 1-1,5 tip budaqlanmaya aiddir.

Monopodial budaqları. 2 ədədolur.

Yarpağı. Orta irilikdə, tüksüz, açıqyaşıl, 3-5 dilimlidir.

Qozası. Orta irilik də, uzunsov, solğun yaşıl, səthi hamar, 4-5 dilimlidir, uc hissəsi kütdür.

Çiçəyi. İridir, sarımtıl rəngdədir. Ləçəkləri və tozcuqları sarı krem rəngindədir.

Çiyidi. Çirkli zümrüdü rəngdədir. 1000 ədədinin mütləq çəkisi 117 qramdır.

Vilt. Xəstəliyə və zərərvericilərə qarşı nisbətən davamlı sortdur.

Vegetasiya müddəti. Gəncə-8 pambıq sortu tez yetişən sortlar qrupuna aid olmaqla vegetasiya müddəti 134 gündür.

Təsərrüfat göstəriciləri. Sortun potensial məhsuldarlığı 50-55 sen/hek-dır, müsabiqəli sort sınağında orta məhsuldarlığı – 30,0 sen/ha., bir qozadan alınan xam pambığın kütləsi – 6,5 qramdır. Lifin uçağanda uzunluğu – 34,4 mm, lif çıxımı – 36,1% , lif məhsulu – 10,4 sen/ha.

Lifin texnoloji keyfiyyəti. Lifin qırılma yükü – 4,7 qq, xətti dolğunluğu – 6320 m/teks, nisbi qırılma uzunluğu – 29,6 qq/teks, ştapel uzunluğu 34/35 mm.

Gəncə-8 pambıq sortu lifinin texnoloji keyfiyyətinə görə IV tipin tələbatına cavab verir.

Sortun becərilmə zonası. Gəncə-8 sortunun Muğan-Salyan və Mil-Qarabağ bölgələrində əkilməsi tövsiyə olunur.

Optimal səpin müddəti. Aprel ayının ikinci ongünlüyüdür.

Bitki sıxlığı. Hektarda 90-100 min bitki becərilməlidir.

Qida rejimi. Sort mineral gübrələrə, xüsusilə azot gübrəsinə çox həssaslıq göstərir. Ona görədə sələfdən asılı olaraq bölgələr üçün optimal gübrə normalarında sortun əkinlərində yüksək məhsul yetişdirilə bilər.

Suvarma rejimi. Sort üçün əlverişlisi 65-70-65 (üçsu) suvarma rejimidir. Birinci suvarma çiçəkləmə fazası ərəfəsində aparılmalıdır. Torpağın su tutumundan asılı olaraq suvarmalar arası müddət 14-17 gündən çox olmamalıdır.

Ucvurma. Bitkilərdə 12-14 meyvə budaqları əmələ gəldikdə, axırıncı vegetasiya suyundan əvvəl aparıldıqda çox səmərəli olur.

Sələf. Gəncə-8 pambıq sortu üçün əlverişli sələf bitki kimi yonca, tərəvəz, paxlalı və pambıq sayılır.