GƏNCƏ-78

GƏNCƏ-78 Müəllif: M.Ə.Rzayeva

2007-ci ildə Azərbaycan Respublikası seleksiya nailiyyətlərinin Dövlət reyestrinə daxil edilmişdir. 00106 №-li patent üzrə müəlliflik şəhadətnaməsi verilmişdir.
Müəlliflər. M.Ə.Rzayeva, P.M.Əyyubova, K.A.Bayramov.
Gəncə-78 pambıq sortu 2007-ci ildə rayonlaşdırılıb.
Mənşəyi. Sort G. hirsutum L. növünə mənsub 3348 və 3273 sortlarının çarpazlaşmasından alınan hibrid nəslindən çoxtəkrarlı istiqamətli seçmə yolu ilə Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunda yaradılmışdır.
Kolu. Orta hündürlükdə (110-120 sm), az dağınıq formalıdır.
Gövdəsi. Orta dərəcədə tüklü, yatmağa qarşı davamlıdır. Budaqlanması 1-1,5 tiplidir.
Qozası. İri, yumurtavari, ulduzcuqludur.
Monopodial budaqları. 1-2 ədəd olmaqla zəifdir.
Yarpağı. Orta irilikdə, tünd yaşıl rəngli, 3-5 dilimlidir.
Çiçəyi. İri, açıq sarımtıl rəngdə, tozcuqları solğun rəngdədir.
Toxumu. Orta böyüklükdə, orta dərəcədə tüklüdür, kül rəngindədir. 1000 ədəd toxumun kütləsi 110-120 qramdır.
Vilt. Xəstəliyə nisbətən davamlı sortdur.
Vegetasiya müddəti. Gəncə-78 pambıq sortu tezyetişən olmaqla vegetasiya müddəti 119 gündür.
Təsərrüfat göstəriciləri. Sortun potensial məhsuldarlığı – 45-50 sent/ha-dır, müsabiqəli sort sınağında orta məhsuldarlığı – 31,1 sent/ha, bir qozadan alınan xam pambığın kütləsi – 7,0 qr., lifin uçağanda uzunluğu 34,5 mm, lif çıxımı – 36,2%, lif məhsulu – 11,3 sent/ha-dır.
Lifin texnoloji keyfiyyəti. Lifin qırılma yükü – 4,7 qq., xətti dolğunluğu – 5820 m/teks, nisbi qırılma uzunluğu – 27,2 qq/teks, ştapel uzunluğu 34/35 mm-dir.
Gəncə-78 pambıq sortu lifinin texnoloji keyfiyyətinə görə V tipin tələbatına cavab verir.